“Bakı prosesində yeni ideya və təklifləri dinləmək vacibdir”.
APA-nın məlumatına görə, bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Aparatının rəhbəri Mario Lubetkin IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününə həsr olunmuş mətbuat konfransında deyib.
"Biz dünyanın müxtəlif ölkələrindən millət vəkilləri, şəhər merləri və başqalarını bir araya gətirmişik. İnanırıq ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri Bakı forumunun potensialını dünyaya çatdıracaqlar. Bu forum tədbir deyil, bu, prosesdir", - deyə o vurğulayıb.