Nazir müavini: "Azərbaycan xarici investorların cəlbi üçün yeni yollar axtarır"

Nazir müavini: "Azərbaycan xarici investorların cəlbi üçün yeni yollar axtarır"
# 17 fevral 2016 15:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan neftin hazırkı aşağı qiyməti şəraitində gəlirlərini artırmaq və xarici investorların cəlbi üçün yeni yollar axtarır. "APA-Economics" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S. Babayev bildirib ki, neftin qiymətinin aşağı düşməsi ölkə iqtisadiyyatının şaxələndirilməsinin sürətləndirilməsi və qeyri-neft sektoruna xarici sərmayələrin cəlbi üçün yaxşı imkanlar yaradır: "Neftin aşağı qiyməti Azərbaycanın gəlirlərinə təsir edib. Biz bunu digər sektorlara sərmayələrin cəlb olunması üçün yaxşı imkan kimi görürük. 2016-cı ildə ölkənin qeyri-neft sektorunun diversifikasiyası bizim ilk və əsas məqsədlərimizdəndir. Bu sahədə müəyyən nailiyyətlərimiz var. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 71%-ə yüksəlib".


Nazir müavini qeyd edib ki, rəsmi Bakının Böyük İpək Yolu layihəsində iştirakı investorlar üçün böyük potensial vəd edir: "Layihə çərçivəsində yeni dəmir yolu xətləri vasitəsilə malların Çindən Azərbaycana, eləcə də əks istiqamətdə çatdırılması daha da asanlaşacaq. Bu isə Azərbaycanda kənd təsərrüfatı, qida sənayesi, maşınqayırma və turizm sahəsinin inkişafına böyük imkanlar yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR