Bakıda 3 otaqlı mənzil, Şəmkirdə isə “Qaz” markalı minik avtomobili yanıb

Bakıda 3 otaqlı mənzil, Şəmkirdə isə “Qaz” markalı minik avtomobili yanıb
# 27 iyul 2016 00:54 (UTC +04:00)

Bakı-APA. Bakı və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 3 otaqlı mənzildə yanğın baş verib. Nəticədə mənzilin mətbəxində televizor, mətbəx mebeli 4 kv.m sahədə yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 15 kv.m sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus “Qaz” markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR