Dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmədən vaxt istəyib

Dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı məhkəmədən vaxt istəyib
# 09 avqust 2016 15:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruslan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Hüseynov dəymiş ziyanın ödənilməsi üçün məhkəmədən vaxt istəyib.

Buna görə məhkəmə prosesi avqustun 23-dək təxirə salınıb.

İttihama görə, R.Hüseynov 2014-cü ildə vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltməkdə, tikintiyə başlamaq üçün Fövqəladə Hallar Nazirliyinin adından istifadə edərək saxta sənəd düzəltməkdə, torpaq alıb başqasına satıb gəlir əldə etməkdə və digər adlarla nağd şəkildə pul vəsaiti ələ keçirməkdə təqsirləndirilir. O, ümumilikdə vətəndaşlara 223 min manat məbləğində ziyan vurub.

Zərərçəkmiş şəxslər R.Hüseynovun dələduzluq əməli ilə bağlı Nizami Rayon Prokurorluğuna müraciət ediblər. Prokurorluqda onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4-cü (iştirakçılıq, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.2-ci (rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə cinayət işi açılıb.

R.Hüseynov 2007-ci ildən 2014-cü ilə qədər polis orqanlarında çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR