Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
APA-nın məlumatına görə, görüşdə “Procter and Gamble Europe” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycanla bu şirkət arasında əməkdaşlığın daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.