"Bank of Baku"nun əmanətçisi 150000 manat qazanıb

"Bank of Baku"nun əmanətçisi 150000 manat qazanıb
# 18 fevral 2016 10:13 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” əmanət müştərilərinə özəl icra etdiyi və ümumi uduş fondu 247 500 manat təşkil edən “15 il boyunca qazan” əmanət kampaniyasının öhdəliklərini yerinə yetirməkdə davam edir.

2009-cu ildən etibarən icra olunan bu kampaniya çərçivəsində artıq 8-ci ildir ki, bank kampaniyanın bir nəfər əsas qalibinə hər il 10 min manat, 5 qalibinə 1000 manat və 15 nəfər qalibinə isə hər il 100 manat dəyərində mükafat təqdim edir.

Qaliblər növbəti 7 il ərzində - 2023-cü ilədək “Bank of Baku”nun onlara söz verdiyi və 15 il boyunca qazandırdığı mükafatı əldə edəcəklər.

Kampaniyanın qüvvədə olduğu 15 il ərzində ümumilikdə 150 min manat qazanacaq əsas mükafatın qalibi, hal-hazırda Naxçıvan Muxtar Respublikasında yaşayan Cəlilova Valentinadır. Valentina xanım lotereyanın qalibi olması haqqında xəbəri ilk dəfə şagirdlərindən eşitdiyini və bu xəbərin doğru olduğuna inanmadığını bildirir: “Şagirdlərim mənə “Bank of Baku”nun təşkil etdiyi lotereyada qalib gəldiyimi deyəndə, düzü ilk əvvəl inanmadım. Bu xəbər ətrafımda olan hər kəs kimi, mənim üçün böyük bir şok idi. Bankın mənə 15 il ərzində bu məbləğdə mükafat verəcəyi bir nağıl kimi gəlirdi. Amma artıq 8 ildir ki, bu nağıl yox, həyatım üçün qazandığım ən böyük dəstəkdir. İndi 81 yaşındayam, “Bank of Baku”nun ayırdığı bu mükafat, bu yaşımda heç kimə ehtiyacım olmadan həyatımı daha rahat yaşamağım üçün kömək edir. “Bank of Baku” rəhbərliyinə, mənə belə bir nağıl yaşatdıqları üçün minnətdarlığımı bildirirəm. Allah sizlərdən razı olsun!"

Valentina xanımla yanaşı, 15 il ərzində hər il 1000 manat qazanan 5 nəfər qalibdən biri Gülbəniz Zeynalova da bu xəbərin zarafat olduğunu düşünüb: “Lotereya qalibi olduğum haqqında xəbəri, ilk dəfə bank əməkdaşlarından eşitdim. Zəng edib, deyəndə ki, qalib gəlmişsiniz, gəlin hədiyyənizi götürün, düzü inanmadım, dedim yəqin zarafat edirlər. Artıq banka gələndə, xəbərin doğru olduğuna əmin oldum. Sağ olsun, “Bank of Baku”, verdiyi sözün üstündə durur, hər il özləri çağırır, gedib rahat şəkildə pulumu götürə bilirəm. “Bank of Baku”dan, işçilərindən çox razıyam, bütün qohumlarımı, tanışlarımı və hər kəsi əmanətlərini mənim kimi ora etibar etməyi tövsiyə edirəm. Əmanətçilərin etibarını qazanan ən yaxşı bankdır. Dünya durduqca, onlara duaçıyam. Allah onlara uzun ömür versin. Çox böyük savab iş görüblər”.

"Bank of Baku"nun İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Nigar Tahirova bankın müştərilərə verdiyi sözü növbəti illərdə də tutacağını bildirir:

"Əmanətlərini bizə etibar edən, bütün müştərilərimizə təşəkkür edir, kampaniyada qalib gələn 21 əmanətçinin hər birini isə ayrı-ayrılıqda bir daha təbrik edirik. Sizin etimadınız, bizim ən böyük dəyərimizdir. Etimadınızı kampaniyanın qüvvədə olduğu növbəti illər ərzində də, doğrultmağa söz veririk! Qeyd edim ki, bu günə qədər, “Bank of Baku” lotereya qaliblərinə ümumilikdə 132 min manat məbləğində mükafat təqdim edib. Növbəti 7 il ərzində isə, 247 500 manat təşkil edən ümumi uduş fondunun digər hissəsi 115 500 manat qalib əmanətçilərimizə təqdim olunacaq".

Xatırladaq ki, “15 il boyunca qazan” əmanət kampaniyası bankın 15 illik yubileyi ilə bağlı 2009-cu ildə əmanət müştəriləri üçün keçirilən stimullaşdırıcı lotereyadır. Kampaniya çərçivəsində banka əmanət yerləşdirən müştərilər arasında təsadüfi seçim prinsipi əsasında 21 nəfər qalib müəyyən olunmuş və 15 il ərzində “Bank of Baku”nun götürdüyü öhdəliyə əsasən hər il bir dəfə olmaqla qalib gəldikləri məbləği bankdan götürmək imkanı təqdim olunub.

Qeyd edək ki, hal-hazırda, “Bank of Baku” 22 illiyi ilə əlaqədar olaraq əmanətçilərə özəl yeni kampaniya həyata keçirir. 29 fevral tarixinədək davam edəcək kampaniya haqqında daha ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR