Zaqatalada qadağan olunmuş dini təriqəti yaymaqda şübhəli bilinən şəxslər barəsində protokol tərtib edilib

Zaqatalada qadağan olunmuş dini təriqəti yaymaqda şübhəli bilinən şəxslər barəsində protokol tərtib edilib
# 04 mart 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zaqatalada qadağan olunmuş dini təriqəti yaymaqda şübhəli bilinən şəxslər barəsində protokol tərtib edilib.

 

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22.00 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalov, Etibar Babayev, İlham Hüseynov, Əfqan Hüseynov və qardaşı Sahib, habelə Abubakar Ömərli, Məhəmməd Buğluyev və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcək.

 

Polis şöbəsinə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR