Fatmayıda 30 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır

Fatmayıda 30 yaşlı kişi bıçaqlanıb, vəziyyəti ağırdır
# 04 mart 2016 23:38 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın məlumatına görə, 30 yaşlı Orxan Şiriyev yaşadığı Fatmayı qəsəbəsində bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə dərhal xəstəxanya çatdırılıb.

Orxan Şiriyevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanması məlum deyil. Yaralının vəziyyəti ağır olduundan, polis əməkdaşları onun ifadəsini ala bilməyiblər.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR