Ağcabədidə partlayış olub, xəsarət alan var

Ağcabədidə partlayış olub, xəsarət alan var
# 01 avqust 2016 10:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağcabədi rayonunda partlayış olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 30-da Ağcabədi rayonunun Kəbirli kəndində qeydə alınıb.

Kənd sakini Xatirə Qarayeva həyətində məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davrandığından partlayış baş verib və X.Qarayeva xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR