NATO rəsmisi: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilir”

NATO rəsmisi: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilir”
# 16 fevral 2016 10:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

O bildirib ki, müvafiq layihə hazırda ikinci mərhələnin sonuna yaxınlaşır: “Birinci mərhələ yekunlaşıb, təxminən 1 600 hektar ərazi təmizlənib. Ümid edirik ki, bu layihə üçüncü mərhələdə də davam edəcək. Bu ərazilərin təmizlənməsi iqtisadi fəaliyyət göstərmək üçün imkanlar yaradır”.

NATO rəsmisi Bakı səfəri çərçivəsində Rusiya və qonşularla münasibətlər, Orta Asiyadakı vəziyyət, İranla nüvə razılaşmasının regiona təsirləri və digər məsələləri müzakirə etdiyini deyib: “Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində irəliləyiş barədə mənə məlumat verildi. Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR