Məktəblərdə qış tətili 5 gün olacaq

Məktəblərdə qış tətili 5 gün olacaq
# 19 yanvar 2016 07:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. 27-31 yanvar tarixlərində Azərbaycanın orta ümumtəhsil məktəblərində qış tətili olacaq. APA-nın xəbərinə görə, bununla da yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatacaq.

Dərs ilinin ikinci yarımili 1 fevral tarixində başlayacaq.

Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri ötən il sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR