Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 Yanvar
# 20 yanvar 2016 17:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Neft ixrac edən ölkələrin Avropa bazarı uğrunda davası və bir-birinə beldən aşağı zərbə endirməsi Köhnə Dünyanın işinə əməlli başlı yarayır. Çin bazarında alıcılıq qabiliyyəti aşağı düşdükdən sonra aparıcı neft ölkələri üzlərini Avropa bazarına tutublar. Burada məqsəd təkcə yeni alıcılar qazanmaq deyil, həm də Rusiyanı bu bazardan sıxışdırıb çıxarmaqdır. Bu istiqamətdə ilk addımı Səudiyyə Ərəbistanı atıb, ölkə hələ aylar öncə Skandinaviya və Şərqi Avropa ölkələrinə nefti bazar qiymətindən daha ucuza satacağını açıqlayıb. Səudiyyənin bu dempinq siyasəti elə ilk cəhddəcə nəticəsini verib, Polşa və İsveç bu ölkədən ucuz qiymətə neft idxalına başlayıblar. Bazarda sıxışdırılan Rusiya da məcburiyyət qarşısında müştərilərə nefti daha ucuz qiymətə təklif edir ki, nəticədə Avropaya satılan neftin qiyməti ilə dünya bazarındakı orta qiymət arasında əməlli-başlı fərq yaranıb. Əslində neftin ucuzlaşmasının əsas səbəblərindən biri də Səudiyyənin başladığı, Rusiyanın məcburən əl atdığı dempinq siyasətidir. İndi isə bazarın köhnə-təzə oyunçusu olan İran da artıq oyun qaydalarına adaptasiya olunmağa başlayır. İranın Avropaya satdığı neftin qiymətini birdən-birə 7 dollaradək ucuzlaşdırması təkcə Səudiyyəyə deyil, bütün neft ölkələrinə meydan oxumaq, müharibə elan etmək deməkdir. Neftin sürətlə ucuzlaşmasının səbəblərindən biri də budur.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR