“Heydər məscidi”nə imam və axund təyin olunub

“Heydər məscidi”nə imam və axund təyin olunub
# 22 yanvar 2016 09:27 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, "Heydər məscidi" kompleksinin sədri Hacı Sabir Həsənli APA-ya açıqlamasında bildirib ki, müvəqqəti olaraq məscidə sünni təriqəti üzrə Hafiz Abbasov imam, şiə təriqəti üzrə isə Rüfət Qarayev axund təyin olunub.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən təyin olunan hər şəxs Bakı İslam Universitetinin məzunudur.

S. Həsənli qeyd edib ki, hər iki din xadiminə məsciddə gündəlik ibadətlərin edilməsi, moizələrin oxunması və digər işlərin müvəqqəti icrası tapşırılıb: “Hər cümə günü qılınacaq vəhdət namazlarına isə bölgələrdən qazıların cəlb olunması barədə qərar vermişik. Şeyxülislamla bu barədə söhbət apardıq və qərar verdik ki, hər cümə bir bölgədən vəhdət namazlara rəhbərlik etmək üçün bir qazı cəlb olunsun”.

Qeyd edək ki, “Heydər məscid”i Qafqazın ən böyük məscidi hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR