DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır
# 24 dekabr 2023 10:00 (UTC +04:00)

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesinə başlanılır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi təmin edilməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR