İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi İraqın Mosul şəhərini tərk edib.
APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın XİN rəhbəri Boris Conson xüsusi xidmət orqanlarının məlumatına əsaslanaraq bildirib.
Onun sözlərinə görə, şəhəri tərk etdikdən sonra Əl-Bağdadi internet vasitəsi ilə İŞİD üzvlərini şəhərdə qalmağa və son nəfəsədək döyüşməyə çağırıb.
Məlumata görə, terrorçular Əl-Bağdadinin müraciətini şəhərdə səsucaldanlarla yayımlayıblar.