"Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, media sahəsində belə təşəbbüslərlə çıxış edir".
APA-nın məlumatına görə, bunu bu gün UNESCO-nun baş direktoru İrina Bokova Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində səslənən vide-müraciətində bildirib.
Jurnalistikanın dünyada missiyasından danışan UNESCO baş katibi Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) fəaliyyətini mühüm sayıb: "Biz ifadə azadlığının möhkəmləndirilməsi, keyfiyyətli jurnalistikanın hər yerdə dəstəklənməsi üçün birgə işləyəcəyimizə inanırıq".