ARDNF ötən il Bakı-Tbilisi-Qars layihəsinə nəzərdə tutulduğundan 50 mln. manat az vəsait yönəldib

ARDNF ötən il Bakı-Tbilisi-Qars layihəsinə nəzərdə tutulduğundan 50 mln. manat az vəsait yönəldib
# 09 mart 2016 13:21 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə Dövlət Neft Fondu tərəfindən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin maliyyələşdirilməsinə 61,5 mln. manat və ya 51,5 mln. dollar yönəldilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə hesabatında qeyd edilib.


Bu maddə üzrə Dövlət Neft Fondunun xərcləri fondun büdcəsində nəzərdə tutulana nisbətən (111,5 mln. manat) manata ifadəsində 55,2% səviyyəsində icra olunub.


2007-2015-ci illər ərzində fonddan bu layihənin maliyyələşdirilməsinə ümumilikdə 485,7 mln. manat və yaxud 588,1 mln. dollar məbləğində vəsait ayrılıb.


Layihənin sifarişçisi olan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə layihə üzrə Neft Fondunun büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% aşağı icra olunması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin mürəkkəb olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqələndirilir.

Layihə çərçivəsində Türkiyənin ərazisində 76 km və Gürcüstanın ərazisində 26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində 160 km uzunluğunda Axalkalaki-Marabda yolunun reabilitasiya-rekonstruksiyası işlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR