MSK sədri: "Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"

MSK sədri: "Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
# 18 oktyabr 2019 16:58 (UTC +04:00)

“Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin reallaşması ilə bağlı heç bir maneə yoxdur”.

APA-nın xəbərinə görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, Azərbaycanın seçkilərin keçirilməsi sahəsində kifayət qədər geniş təcrübəsi var.

MSK sədri həmçinin qeyd edib ki, bu il keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq bütün müvafiq tədbirlər, o cümlədən maarifləndirmə işləri lazımi qaydada həyata keçiriləcək.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR