MSK daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

MSK daha bir nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
# 30 dekabr 2023 16:31 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb.

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən nazmizədliyi irəl sürülən İlham Əliyevin, dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin, dekabrın 26-da namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsini təsdiqləyib.

Xatırladaq ki, MSK-nın dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR