MSK: Tələbələrin səs verməsi ilə bağlı fərqli addımlar atılmalıdır

MSK: Tələbələrin səs verməsi ilə bağlı fərqli addımlar atılmalıdır
# 23 dekabr 2023 16:43 (UTC +04:00)

Biz tələbələrin səs verməsi məsələsi ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlamalıyıq.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, tələbələrin səsverməsi ilə bağlı fərqli addım atılmalıdır: “Səsvermə keçiriləndə tələbələr universitetlərdə olmur. Biz indidən bu məsələnin üzərində dayanmalıyıq. Tələbələrin səsverməsi məsələsini dəqiqləşdirməliiyik. Tələbələr ya valideynlərinin yanına gedib səs verməli, ya da öz oxuduğu universitetlərdə səs verməlidir. Rayonlardan olan tələbələrin hamısını biz gərək qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edək ki, harda olur-olsun səs verə bilsinlər. Bakıfda olan tələbələr məlumdur. ETN siyahıları bizə təqdim etsin. Biz artıq ilkin addımları atmağa başlamışıq”.

MSK sədri bildirib ki, kirayədə 6 aydan çox yaşayan tələbənin o ərazidə səs vermək hüququ var: “Amma oradan çıxıb gedənlərin yox. Biz çalışmalıyıq ki, tələbələr də seçkidə iştirak etsin".

MSK sədri xatırladıb ki, Xarici İşlər Nazirliyi ilə də xaricdə yaşayan vətəndaşlarımızın, orada təhsil alan tələbələrinsəsverməsi ilə bağlı işlərə başlayıb: “Xaricdə yaşayan vətəndaşlar özlərinə yaxın diplomatik nümayəndəlikdə siyashıya düşməlidir. Onlar bizə də müraciət edə bilərlər ki, onları diplomatik nümayəndəliklə əlaqələndirək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR