Azərbaycan prezidenti Bakıda yeni məktəb korpusunun açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda yeni məktəb korpusunun açılışında iştirak edib
# 05 sentyabr 2016 15:03 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib.

Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub.

Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Məktəbdə yaradılan şəraitlə tanış olan dövlət başçısı kollektivə uğurlar arzulayıb.

Prezident İlham Əliyev sentyabrın 5-də həmçinin Xətai rayonundakı 245 nömrəli tam orta məktəbin yeni inşa edilən tədris korpusunda yaradılan şəraitlə tanış olub, məktəbin akt və idman zalına baxıb.

1800 şagird yerlik məktəbdə tədris iki növbəli sistemdə Azərbaycan və rus dillərində aparılır. Hazırda burada 80 sinifdə 2111 şagird təhsil alır. Şagird sıxlığı təbii ki, təlim-tədrisin vəziyyətinə təsirsiz ötüşmürdü. Bu və digər obyektiv amillər nəzərə alınaraq 2014-cü ildə məktəb üçün yeni korpusun inşasına başlanıb. Yeni korpus 20 sinif otaqlı olmaqla 576 şagird üçün nəzərdə tutulub. Bütün sinif otaqları zəruri tədris ləvazimatları, əyani vəsaitlərlə təchiz olunub. Dövlət proqramına əsasən iki il ərzində görülən tədbirlər nəticəsində 2630 kvadratmetr sahəsi olan yeni korpusun inşası yüksək səviyyədə başa çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR