Naxçıvan YB-nin sədri: Beynəlxalq təşkilatlar unudur ki, Muxtar Respublika uzun illərdir blokadadır

Naxçıvan YB-nin sədri: Beynəlxalq təşkilatlar unudur ki, Muxtar Respublika uzun illərdir blokadadır
# 14 avqust 2023 18:06 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının 30 ildən uzun müddətdə çəkdiyi əziyyətlər, ağrılar özünün əks-sədasını hər bir yerdə göstərib.

Bunu APA-ya açıqlamasında Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev deyib.

O qeyd edib ki, Naxçıvana qatarların işləməməsi, qazın, işığın gəlməməsi 90-cı illərdə ağır bir blokada şəraiti yaratmışdı:

“Bu gün Ermənistan səs-küy salaraq guya Laçın yolunun bağlı olduğunu, bu yolun açılmasını, eyni zamanda, bu yol vasitəsilə Xankəndiyə yol istəyir. Amma unudurlar ki, 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamaqla yanaşı, həm də bütün sahələrdə iqtisadi cəhətdən korluq çəkib. Bu gün Naxçıvanın hər bir sakini istəyir ki, Zəngəzur dəhlizi açılsın, Naxçıvana qatarlar işləsin. Çünki bu yolun açılması Naxçıvanda həyatı yüngülləşdirəcək, insanlar rahat nəfəs ala biləcək. Amma hələ də dünya ikili standartlarla yaşayır. Ermənistanı müdafiə edən beynəlxalq təşkilatlar, Qərb ölkələri unudur ki, Naxçıvan da uzun illərdir blokada vəziyyətindədir. Blokadadan çıxmaq lazımdırsa, Xankəndidən əvvəl məhz Naxçıvana diqqət yetirilməlidir. Əgər ermənilər öz yollarının açılmasını istəyirlərsə, ilk növbədə Naxçıvanın yolunu açmalıdırlar. Biz bu istiqamətdə müraciət imzalamışıq, lakin fəaliyyətimizi bununla yekunlaşdırmayacağıq. Bundan sonra da beynəlxalq təşkilatlara, dünya ölkələrinə, ayrı-ayrı parlamentlərə bu cür müraciətlər ünvanlayacağıq. Çünki biz Naxçıvanın blokadadan çıxmasını istəyir, Zəngəzur dəhlizinin tezliklə açılmasını arzulayırıq. Təəssüf ki, dünyanın qulağı hələ də kar, dili laldır. Çünki onlar əsl həqiqətləri görmək, danışmaq istəmirlər”.

Xatırladaq ki, Naxçıvanda fəaliyyət göstərən QHT-lər beynəlxalq ictimaiyyətə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR