APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin deyib. Onun fikrincə, bu məsələdə rəsmi Tehran və Bakının əməkdaşlıq etməsi vacibdir: “Biz neftdən asılılığı azaltmaq üçün bəzi sahələri dirçəltməliyik. Bunlar əsasən, tranzit və yükdaşımalardır. Həmçinin, İran və Azərbaycanda kənd təsərrüfatına böyük diqqət yetirilir. Biz kənd təsərrüfatı məhsullarının ixracı sahəsində əməkdaşlıq edə bilərik.
İran regionun bütün böyük layihələrinə qoşula bilər. Hazırda Dünya Ticarət Təşkilatına üzv olmaqla bağlı müzakirələr aparırıq. Habelə İran mənfəətlərinə uyğun olan bütün ticari və iqtisadi bloklara qoşulacaq. Çalışacağıq ki, regional iqtisadi təşkilatlara qoşulaq”.
Səfir: “İran və Azərbaycan neftdən asılılığı azaltmaq istiqamətində ciddi işlər görür”

Xarici siyasət

Şərqi Avropa regional qrupunun Azərbaycanı COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etməsi Prezident İlham Əliyevin növbəti qələbəsidir

Polad Bülbüloğlu MDB ölkələrinin mədəniyyət festivalında Azərbaycanın zəngin mədəniyyətindən danışıb - FOTO
ABŞ səfiri: Azərbaycanda olduğum müddətdə regionda davamlı sülh üçün birlikdə çalışacağımıza ümid edirəm
