Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayışlar elektronlaşdırılıb

Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayışlar elektronlaşdırılıb
# 28 avqust 2015 09:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Artıq rabitə xidmətlərinə görə borcun olub-olmaması haqqında arayışı əldə etmək üçün telefon qovşaqlarına müraciət etməyə ehtiyac yoxdur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, "Elektron hökumət" portalının (https://www.e-gov.az) təqdim etdiyi "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən istifadə edərək rabitə xidmətlərinə görə borc barədə arayışınızı onlayn formalaşdırmaq mümkündür.

Bunun üçün "Elektron hökumət" portalına girişin (kod/parol) olması kifayətdir.

Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcun olmaması barədə məlumat öz əksini tapacaq.

Arayışın həqiqiliyi QR-kod və ştrix kod ilə təsdiqlənir, mövcudluğu isə portal üzərindən "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanıla bilər.

Qeyd edək ki, ötən ay ərzində "Elektron hökumət" portalı vasitəsilə "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən 1064 dəfə istifadə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR