Partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrlə bağlı cərimələr müəyyənləşib

Partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrlə bağlı cərimələr müəyyənləşib
# 16 avqust 2023 14:14 (UTC +04:00)

Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrlə bağlı cərimələr müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) məbləğdən və ya ianənin qəbil edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə ediləcək.

Həmçinin, qanuna əsasən, siyasi partiyanın "Siyasi partiyalar haqqında" qanunun tələblərini pozmaqla qəbul etdiyi ianəni həmin qanunla müəyyən edilmiş müddətdə geri qaytarmamasına, bu mümkün olmadığı halda isə onu dövlət büdcəsinə köçürməməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş ianə məbləğinin altmış faizindən səksən faizinədək məbləğdə cərimə ediləcək.

Eyni zamanda qanuna əsasən, siyasi partiyanın qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin, "Siyasi partiyalar haqqında" qanuna görə ianə hesab olunan maddi yardımlar barədə məlumatları Mərkəzi Seçki Komissiyasına təqdim etməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim etməməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.

O cümlədən Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər iki min manatdan üç manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə olunacaq.

Yuxarıda qeyd olunan xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR