BMT Təhlükəsizlik Şurası Şimalı Koreyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

BMT Təhlükəsizlik Şurası Şimalı Koreyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər
# 06 yanvar 2016 17:24 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası Şimalı Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykroft bəyan edib.

“Biz sanksiyalarla bağlı digər Təhlükəsizlik Şurasına üzv olan ölkələrlə müvafiq işlər görəcəyik”, deyə M.Raykroft bildirib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası hidrogen bombasının uğurla sınaqdan keçirdiyini bəyan edib. Bir sıra dövlətlər rəsmi Pxenyanın bu addımını pisləyib, son hadisələrdən narahat olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR