Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kəpəz rayonu, 4-cü mikrorayonun ərazisində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini, 2013-cü il təvəllüdlü Gülay Tahirlinin qızıl sırğasını açıq talama yolu ilə alıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İlkin Orucov və Seymur Quluzadə tərəfindən törədilməsi müəyyən edilib. S.Quluzadə tutulub.