Bakı-APA. Dağıstanda pnevmoniyadan ölən 5 nəfərdə donuz qripi aşkar edilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqamadova bildirib.
“Respublikada pnevmoniya xəstəliyindən ölən 5 nəfərdə donuz qripi aşkar edilib. Onlardan biri uşaqdır. Ölənlərdən 4-ü Mahaçqala, 1 isə İzberbaş şəhər sakinidir”, deyə Z. Aqamadova qeyd edib.
Onun sözlərinə görə, dekabrın 1-dən Dağıstanda 68 nəfərdə donuz qripinə yoluxma halları qeydə alınıb.