Samir Nuriyev: Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib

Samir Nuriyev: Qarabağdan Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib
# 14 oktyabr 2023 12:04 (UTC +04:00)

Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar sayəsində yaranan dövlət idarəçiliyi siyasəti COVİD 19 pandemiyası ilə mübarizədə, Vətən Müharibəsindən sonrakı bərpa-quruculuq işlərində yüksək səmərəliyə nail olunub.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Eyni zamanda, çox hörmətli Mehriban Əliyevanın rəhbərliyi ilə nəhəng beynəlxalq tədbirlər Azərbaycanın yüksək potensialını bütün dünyaya nümayiş etdirir”, - o əlavə edib.

Samir Nuriyev deyib ki, 44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfər güclü dövləti xarakterizə edən bütün komponentlərin məntiqi nəticəsi idi.

“Bu qələbə bir daha göstərdi ki, milli maraqları müdafiə edən liderin ətrafında birləşən xalq və dövlət tarixi ədaləti bərpa etməyə qadirdir.

2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin tör-töküntüləri təmizlənib, onlar ağ bayraq qaldırmağa məcbur edilib”, - o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR