Səbail RİH-də “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib - FOTO

Səbail RİH-də “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib - FOTO
# 25 iyun 2023 18:29 (UTC +04:00)

Səbail Rayon İcra Hakimiyyətində “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, RİHBA-nın məsul əməkdaşları, “Vətən fədailərinin hüquqlarının müdafiəsi” İctimai Birliyinin üzvləri, müharibə əlilləri və veteranları iştirak ediblər.

Müharibə veteranları və qaziləri qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edən Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov çıxış edərək Ümummilli Lideri Heydər Əliyevin öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi olduğunu vurğulayıb, məhz Ulu Öndər tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını və Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbənin təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoyduğunu bildirib.

Ölkəmizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlilləri və qazilərə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi diqqətə çatdıran RİH başçısı Vüqar Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin və müharibə veteranlarının sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd edib.

Daha sonra çıxış edən Qarabağ müharibəsi veteranları Altay Babaşov, İradə Sadıqova və Vətən müharibəsi iştirakçıları Ramin Şirinov, Fərid Əliyev, Səyavuş İmranov, Nahid Salayev dövlətimiz tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına yaradılan hərtərəfli şəraitə, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda müharibə veteranları və qazilərlə xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR