Nazirlik 11 minədək əlil şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib

Nazirlik 11 minədək əlil şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib
# 19 iyul 2016 10:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa mərkəzlərində 10 946 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlərin göstərilməsi təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərdən 3 891 nəfəri bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçiblər.

Bundan başqa, 7055 nəfər əlilliyi olan şəxsə isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Bununla yanaşı, cari ilin ötən dövründə bu təbəqədən olan 105 nəfər şəxsin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR