Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.
İnstitutun mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün APA-ya verdiyi məlumata görə, iclasda Dilçilik İnstitutunun GAMŞ-nın sədri vəzifəsində seçki keçirilib. Səsvermə nəticəsində filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov AMEA Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ-nın sədri, Təranə Şükürlü və Rasim Heydərov isə müavin seçiliblər.
Qeyd edək ki, GAMŞ-nın sədri vəzifəsini dosent Aynur Qədimalıyeva icra edirdi.