Azərbaycandakı sığorta şirkətlərindən birinin rəhbərliyində dəyişiklik olub

Azərbaycandakı sığorta şirkətlərindən birinin rəhbərliyində dəyişiklik olub
# 02 mart 2016 08:53 (UTC +04:00)

Bakı - APA-Economics. "PAŞA Sığorta" ASC-nin rəhbərliyində dəyişiklik baş verib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, şirkətin Təftiş komissiyasının iki üzvü işdən çıxıb. Bunlar Kəmalə Nuriyeva və Fikrət Adıgözəlovdur.

Onları Nərmin İsgəndərova və Rizvan Qubiyev əvəzləyib.

Qeyd edək ki, komissiyasının sədri Vüqar Mustafayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR