Spiker: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq

Spiker: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq
# 19 dekabr 2023 11:05 (UTC +04:00)

Dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Heydər oğlu Əliyev prezidentliyə namizəd göstərilib. Bu, bütün Azərbaycan xalqının fikrini ifadə edib.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Spiker bildirib ki, Ulu öndərin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası daha da zənginləşdirilib: “Azərbaycan geniş bölgədə söz sahibinə çevrilib. Prezident İlham Əliyev müzəffər sərkərdə kimi adını tarixə həkk edib. Dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarıb. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə daha böyük uğurlara imza atacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR