Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişib

Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişib
# 20 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.

Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib. “Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR