“Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi-2014” hesabatının təqdimatı keçirilib

 “Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi-2014” hesabatının təqdimatı keçirilib
# 18 iyul 2014 11:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi “Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi - 2014” hesabatını təqdim edib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən ictimai birliyin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, hesabat iyulun 3-də Brüsseldə təqdim edilib:

“Bu gün isə biz milli təqdimat keçiririk. Hesabat hazırlanan dövrdə bizim bəzi dövlət qurumlarına göndərdiyimiz sorğular dərhal cavablandırılsa da , bəzi qurumlar sorğunun cavabını ləngidib. Hesabatda əsasən dövlət və qeyri-dövlət institutlarının ölkənin idarəçilik sistemi çərçivəsində qiymətləndirilməsi aparılıb. Hesabatda ictimai nəzarət funksiyasını həyata keçirən vətəndaş cəmiyyəti, media və siyasi partiyalar digər pillələrdən daha zəif qiymətləndirilib. Biznes sektoru da zəif olaraq qalmaqdadır. Ombudsman İnstitutu və Hesablamalar Palatasının məcburetmə səlahiyyətləri olmadığına görə onlar da kifayət qədər müstəqil deyil. Lakin sözügedən qurumlar peşəkar fəaliyyətləri sayəsində qiymətləndirmədə daha yüksək nəticə əldə edib”.

Daha sonra tədbirdə Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının katibi Vüsal Hüseynov çıxış edib. O, hesabatda razılaşmadıqları məqamların olduğunu desə də, hesabatın bugünkü standartlara uyğun olduğunu qeyd edib: “Hesabatın fərqləndirici xüsusiyyəti beynəlxalq qurumlarla əməkdaşlığın təzahüründədir”.

Avropa Birliyinin Azərbaycan üzrə Nümayəndəliyinin Əməkdaşlıq üzrə rəhbəri Frederik Berna isə görülən işin təqdirəlayiq olduğunu söyləyib.

Daha sonra “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin “Milli Şəffaflıq Şistemi” layihəsinin koordinatoru Məhəmməd Muradov hesabatı təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR