Ağstafada Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd edilib

Ağstafada Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd edilib
# 07 may 2013 14:28 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ağstafa rayonunda geniş tədbir keçirilib.

Ağstafa Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumatda bildirilir ki, Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Aşıq sənəti festivalı” təşkil edilib. Tədbirdən öncə Səməd Vurğun adına parkda milli ornamentlərlə ucaldılmış Saz abidəsinin açılışı keçirilib.

Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev abidə önündə çıxış edərək ulu öndər Heydər Əliyevin milli mənəvi və maddi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərindən danışıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, Azərbaycanın xalq artisti Canəli Əkbərov və digər çıxış edənlər də Heydər Əliyevin mədəniyyətimizin və incəsənətimizin yüksəlişindəki danılmaz xidmətlərini qeyd ediblər. Abidə ətrafında yerli və qonaq aşıqların ifası dinlənilib. Daha sonra Heydər Əliyev prospekti boyu xalq gəzintisi olub.

Şəhər 1 saylı orta məktəbin şagirdlərinin bədii qiraəti, musiqi məktəbinin muğam ifaçılarının çıxışı, azyaşlı aşıqların çalıb oxuması, məktəblilərin əl işlərinin sərgisi, gənc idmançıların çıxışları, bədii özfəaliyyət ansamblının ifası və digər musiqi nömrələri iştirakçıların qəlbini oxşayıb.

Tədbir Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymaqla davam etdirilib. Daha sonra Mərkəzin geniş zalında Azərbaycanın tanınmış saz və musiqi ifaçılarının iştirakı ilə böyük konsert olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR