Arif Hacılı: “Altı nəfərin Müsavatdan çıxarılmasının repressiya kimi qiymətləndirilməsi yanlışdır”

Arif Hacılı: “Altı nəfərin Müsavatdan çıxarılmasının repressiya kimi qiymətləndirilməsi yanlışdır”
# 10 fevral 2015 15:51 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın Sədrlər Şurasının genişləndirilmiş toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, 150-dək partiya fəalının iştirak etdiyi toplantıda Müsavat Partiyasının başqanı Arif Hacılı mövcud ictimai-siyasi durum, partiyadaxili məsələlər barədə çıxış edib.


A. Hacılı çıxışında partiya daxilindəki vəziyyətə toxunub. O bildirib ki, partiya üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, partiya strukturlarını tanımamaq, daxildə paralel strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində davamlı fəaliyyət göstərib. O deyib ki, bu fəaliyyətin qarşısını almaq məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin barəsində müvafiq qərarlar çıxarıb. A. Hacılı qurultaydan sonra partiya strukturları tərəfindən 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib, Müsavatın ən demokratik partiya olduğunu vurğulayıb.

Müsavat başqanı qeyd edib ki, qurultaydan sonra 30 nəfər partiyadan çıxdığını bəyan etsə də, partiyanı parçalamaq cəhdi alınmayıb, qəbul olunan yeni üzvlərin sayı partiyadan çıxanların sayından təxminən üç dəfə artıq olub.

Çıxışlardan sonra rayon təşkilatlarına cari tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR