AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib - VİDEO

AŞPA-nın müşahidə missiyası Azərbaycana gəlib - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2013 07:50 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək missiyası Azərbaycana gəlib. APA-nın məlumatına görə, Robert Uolterin rəhbərlik etdiyi 7 deputatdan ibarət müşahidə missiyası seçkiqabağı situasiyanı və seçki kampaniyasının gedişini qiymətləndirəcək.

Qonaqlar səfər zamanı prezident İlham Əliyev, prezidentliyə namizədlər, Milli Şuraya daxil olan müxalifət partiyalarının nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, MSK sədri, QHT və media nümayəndələri ilə görüşlər keçirəcəklər. Missiya səfərin nəticələrinə dair bəyanatla çıxış edəcək.

Səfər sentyabrın 13-də yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR