ATƏT müşahidəçiləri MSK sədri ilə görüşüblər

ATƏT müşahidəçiləri MSK sədri ilə görüşüblər
# 29 avqust 2013 11:29 (UTC +04:00)

MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT DTİHB Seçki Müşahidə Missiyasının üzvləri MSK sədri Məzahir Pənahovla görüşüblər.

MSK sədri bildirib ki, seçkilərin nəticələrinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verir və ATƏT DTİHB Müşahidə Missiyasını Azərbaycanda görməkdən məmnunluq duyur.

Missiyanın rəhbəri qeyd edib ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar. O, MSK sədrinin oktyabrın 9-na təyin edilən Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş edib, MSK-nın maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə suallar verib.

M. Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışıb, qonaqların suallarını cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR