AXCP Ali Məclisinin sessiyası keçirilib

AXCP Ali Məclisinin sessiyası keçirilib
# 16 mart 2013 12:48 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sessiyası keçirilib. APA-nın məlumatına görə, partiyanın rayon təşkilatlarının da qatıldığı tədbirdə ölkədəki ictimai-siyasi durum, qarşıda duran vəzifələr və təşkilati məsələlər müzakirə olunub.

Ali Məclisin sədri Həsən Kərimov çıxış edərək sessiyanın gündəliyinə ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələlərin daxil edildiyini bildirib. H.Kərimov həmçinin partiyanın rayon təşkilatlarını passiv fəaliyyətdə ittiham edib.

AXCP sədri Əli Kərimli çıxışında son günlər ölkədə baş verən hadisələr, ordudakı əsgər ölümləri ilə bağlı keçirilən aksiyalar barədə danışıb. Ə.Kərimli partiyanın tutduğu mövqe və qarşıda duran vəzifələr barədə danışaraq bildirib ki, bu il seçki ili olduğundan partiyada siyasi aktivlik artırılmalıdır: «Demokratik qüvvələrin birliyi istiqamətində gördüyümüz işlərin nəticəsi görünməkdədir. Hər kəs başa düşür ki, mübarizəmizin müsbət nəticəsi Azərbaycanın bütün demokratik qüvvələrinin bir araya gəlməsindən keçir və biz bu barədə danışıqlar aparırıq. Bu il seçki ilidir. Ona görə də biz ilk öncə, yenidən təşkilatlanma kampaniyasına başlamalıyıq. Regionlarda müşavirələr keçirməli və orada aktiv iştirak etməliyik. Hər bir məntəqədə işçi qrupu yaradılmalıdır. Bütün rayonlarda Gənclər Komitəsi təsis olunmalıdır. Gənclərin ictimai-siyasi həyatda aktivliyi artırılmalıdır, şöbələrdə onlara vəzifələr verilməlidir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin geniş birliyinin yaradılmasının vacibliyini qeyd edib.

Sonra partiyanın rayon-şöbə təşkilatlarının sədrləri görülən işlər barədə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR