AXCP funksioneri: “Müsavatın qurultayında iştirakla bağlı məsələ müzakirə olunmalıdır”

AXCP funksioneri: “Müsavatın qurultayında iştirakla bağlı məsələ müzakirə olunmalıdır”
# 16 sentyabr 2014 08:52 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. AXCP qurultaya hazırlaşır.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev deyib.

R. Nurullayev bildirib ki, partiya növbəti qurultayını noyabr ayında keçirməyi planlaşdırır. Onun sözlərinə görə, bununla əlaqədar partiyanın yerlərdə təşkilat komitələri yaradılır, hazırlıq işləri aparılır: “Qurultayla bağlı məsələlər mərhələ-mərhələ həyata keçirilir”.

R. Nurullayev AXCP-nin Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında iştirak məsələsinə də toxunub: “Bu barədə qəti fikir söyləyə bilmərəm. Bununla bağlı məsələ müzakirə olunmalı, Rəyasət Heyəti müəyyən qərar verməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR