AXCP qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

AXCP qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 09 sentyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 27-nə təyin etdiyi qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

Bu barədə APA-ya AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

O, bildirib ki, BŞİH-dən qurultayın keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evi istənilib. Onun sözlərinə görə, qurultayda 800-ə yaxın qurultay nümayəndəsi iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR