Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri seçilib - YENİLƏNİB - FOTOSESSİYA

Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri seçilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 21 fevral 2015 08:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Q. İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bu gün keçirilən təsis konfransında açıq səsvermə nəticəsində səslərin əksəriyyətini qazanıb.

Konfrans üzvlərinin 1-i bitərəf qalmaqla, qalanları Q. İbadoğluna səs veriblər.

Qeyd edək ki, konfransda ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.

***

saat 10.32

Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı keçirilir

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbir Azərbaycan dövlət himninin oxunması və şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ADR Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun təklifi ilə sədarət, say komissiyası, katiblik seçilib.

Konfransda Təşkilat Komitəsi adından Ellada Məmmədli təsis konfransına qədər görülmüş işlər barədə məlumat verəcək, Təşkilat Komitəsi sədrinin müavini Vurğun Əyyub Hərəkatın Nizamnaməsi və 2015-ci il üçün Fəaliyyət Proqramı barədə məlumat verəcək, Hərəkatın sədri, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti və Ali Məclisə üzvlər seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR