Azərbaycan hökumətinin hesabatının müzakirəsi zaman millət vəkilləri bir sıra təkliflər irəli sürüblər

Azərbaycan hökumətinin hesabatının müzakirəsi zaman millət vəkilləri bir sıra təkliflər irəli sürüblər
# 15 mart 2013 13:50 (UTC +04:00)

APA-nın məlumatına görə, deputat Qənirə Paşayeva ötən gün millət vəkilləri və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvlərinin iştirakı ilə Xocalı faciəsində hər iki valideynini itirmiş 25 gənclə görüş keçirildiyini xatırladıb. O qeyd edib ki, 18 yaşdan sonra həmin gənclər şəhid ailəsi statusunu da itiriblər: “Həmin gənclərin ev problemləri də var. O görüşdə iştirak edən millət vəkilləri adından hökumətdən həmin gənclərin evlə təmin edilməsini xahid edirik”.

Deputat müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin hələ də həllini tapmamasına diqqət çəkib. Q.Paşayeva “Tütün və tütün məmulatları haqqında” qanunda 18 yaşına çatmamış uşaqlara siqaret satılmasının qadağan olunmasına baxmayaraq, qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində ciddi addımların atılmasının müşahidə olunmadığını söyləyib. O çıxışında orqan transplantasiyası məsələsindən də danışıb: “Azərbaycanda orqan bağışlanması ilə bağlı norma və qaydalar hələ də yoxdur. Orqan bağışlanmanın mexanizmi olmadan bu sahənin inkişafı mümkün deyil. Digər tərəfdən, səhiyyədə ən vacib məsələ tibbi sığortanın inkişafıdır. Niyə tibbi sığrta sistemi genişlənə bilmir?”


Deputat Eldar İbrahimov Azərbaycanda qeyri-neft sektorunda həyata tədbirlər nəticəsində ümumdaxili məhsulda qeyri-neft məhsullarının çəkisinin artdığını söyləyib. O qeyd edib ki, artıq Azərbaycan özünü bir sıra ərzaq məhsulları ilə təmin edir, bəzi məhsulların isə ixracına başlanılıb: “Hökumət ölkəmizdə ekoloji təmiz məhsullarının istehsalına diqqət artırılmalıdır. Aqrar sahənin inkişaf etdiyi ölkələrdə istahsal olunan kənd təsərrüfatı məhsullarının 50 fazi kooporativlərin payına düşür. Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi vacibdir. “Kənd təsərrüfatı kooperasyiası haqqında” qanun layihəsi hazırda ikinci oxunuş üçün təkmilləşdirilir”.

Millət vəkili Etibar Hüseynov baş nazir Artur Rəsizadənin qəbuluna düşməyin bəzi nazirlərə zəng açmaqdan çətin olduğunu bildirib: “Biz əvvəllər Bakının inkişafından danışırdıqsa, indi xilasından danışırıq. Əgər Bakı ilə bağlı plan hazırlanaraq həyata keçirilməsə, yaxın vaxtlarda fəlakətlə üzləşəcəyik. Təklif edirəm ki, Bakıdan kənarda inzibati mərkəz tikilsin, dövlət qurumları, fabrik və zavodlar ora köçürülsün. Niyə tələbələrin 80 faizini Bakıya cəlb edirik, rayonlara göndərmirik? Hazırda regionlarda vəziyyət Bakı səviyyəsinə çatıb. Ona görə də ilk növbədə pedaqoji yönümlü ali və peşə təhsili məktəblərini rayonlara köçürmək olar. Həm də sovet dövründə Bakıda hərbi hissələr üçün tikilmiş bazalar şəhərin mərkəzində yerləşir. Onları da köçürmək lazımdır. Yaxud yaxşı olmazdı ki, Kənd Təsərrüfatı Nazirliyi Bakıda yox, Gəncədə yerləşsin?”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR