Silahlı Qüvvələrin əsgəri vəfat edib

Silahlı Qüvvələrin əsgəri vəfat edib
# 16 mart 2013 19:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri vəfat edib. Bu barədə APA-ya əsgərin yaxınları məlumat veriblər.

Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən hərbi xidmətə çağırılan Cəlilabad rayon Şötüklü kənd sakini, 1994-cü il təvəllüdlü Elvin Fikrət oğlu Niftizadə vəfat edib. O, 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətə çağırılıb.

Dövlət Sərhəd Xidmətinin Yevlax rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən E. Niftizadənin vəfat səbəbi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR