Azərbaycan prezidenti səhiyyə işçilərini təltif edib

Azərbaycan prezidenti səhiyyə işçilərini təltif edib
# 13 iyun 2013 16:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev səhiyyə işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Ağayev Elsevər Məmməd oğlu,

Axundova Səkinə Nüsrət qızı, Hacıyeva Elmira Ələkbər qızı, Mahmudova Şəfiqə Əhməd qızı, Məmmədov Cabir İsrafil oğlu, Nəcəfov Tahir Əkbər oğlu və Sultanov İxtiyar Səttar oğlu “Tərəqqi” medalı ilə təltif ediliblər.

Prezidentin digər sərəncamı ilə 12 səhiyyə işçisinə “Əməkdar Həkim”, dörd nəfərə “Əməkdar Müəllim”, altı səhiyyə işçisinə “Əməkdar Tibb İşçisi” fəxri adı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR