Azərbaycan prezidenti Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Xızıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib
# 22 iyul 2014 11:40 (UTC +04:00)

Bakı – APA. Bu gün Xızıda Heydər Əliyev Mərkəzi açılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Həmçinin burada ümumilli lider H.Əliyevlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Qeyd edilib ki, Mərkəzdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.

Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən H. Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Əməkdar müəllim Xatirə Şahgəldiyeva prezident İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR