Azərbaycanlı rejissorun “Köç” filmi Neapolda keçirilən festivalda əsas mükafatı qazanıb

Azərbaycanlı rejissorun “Köç” filmi Neapolda keçirilən festivalda əsas mükafatı qazanıb
# 03 sentyabr 2013 14:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser Rodion İsmailovun “Köç” filmi İtaliyanın Neapol şəhərində keçirilən VI "Faito doc Festival" beynəlxalq sənədli filmlər festivalında əsas mükafatı qazanıb. APA-nın məlumatına görə, “Köç” filmi Azərbaycan və onun qədim adət-ənənələrini özündə əks etdirir. Ekran əsərində Azərbaycanda bütün ömrü boyu heyvandarlıqla məşğul olan, yaylaqlardan qışlaqlara və əks istiqamətə köç edən insanların çətin və maraqlı taleyi işıqlandırılıb. 2010-cu ildə Azərbaycanın "DS film" studiyasında istehsal olunan filmin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb.

30-dan çox ölkədən rejissorların iştirak etdiyi VI "Faito doc Festival” festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardım göstərmək, eləcə də Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. Festivalda komediya, sənədli, idman və uşaq filmləri nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR