Bakı Şəhər Baş Polis İdarəsi Səbail rayonunda qətl törətmiş şəxsin tutulması ilə bağlı məlumat yayıb

Bakı Şəhər Baş Polis İdarəsi Səbail rayonunda qətl törətmiş şəxsin tutulması ilə bağlı məlumat yayıb
# 18 fevral 2015 08:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı Şəhər Baş Polis İdarəsi Səbail rayonunda qətl törətmiş şəxsin saxlanılması ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rasim Təmraz oğlu Mustafayev tutulub.

O, fevralın 16-da saat 19:10 radələrində Bibiheybət qəsəbəsində sərxoşluq zəminində 1991-ci il təvəllüdlü Elvin Hüseynlini bıçaqla qətlə yetirməkdə və bacısı, 1982-ci il təvəllüdlü Türkan Hüseynliyə ağır bədən xəsarət vurmaqda şübhəli bilinir. R. Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobil vasitəsi ilə müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR